Şəmkirdə iki nəfər zəhərlənib.

Unikal.org xəbər verir ki, rayonun Dəllər Cəyir kənd sakini, 2000-ci il təvəllüdlü Leyla Vəliyeva zəhərlənmə əlaməti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Məlumata görə L. Vəliyeva həddindən artıq sakitləşdirici dərman qəbul etdiyi üçün zəhərlənib.

Şəmkir şəhər sakini 1986-cı il təvəllüdlü Ceyhun Şabanov isə naməlum dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.