Ötən il Azərbaycana sığınan, daha sonra üçüncü ölkəyə Ukraynaya köçən Martirosyanların ötən gecə oğlu dünyaya gəlib.

Unikal.org Hafta.az-a istinadən xəbər verir ki, bu barədə Vahan Martirosyan sosial şəbəkədə məlumat verib və oğlunun fotosunu paylaşıb.

Valideynləri irəvanlı olan və Ukraynada doğulan uşağa Emil adını verib.

Xatırladaq ki, Vahan Martirosyan ailəsi ilə birlikdə 2015-ci ilin sentyabr ayında Azərbaycana sığınıb. Bu ilin yazında isə üçüncü ölkəyə göndərilib.