Bakıda sərnişin avtobusu ağır yol qəzası törədib.

Unikal.org lent.az-a istinadən bildirir ki, Sabunçu rayonu ərazisində Bakıxanov körpüsünün üstündə "VAZ 2107" markalı, 90 NF 424 dövlət qeydiyyat nişanlı minik avtobusu ilə "Daewoo" markalı 10 TF 478 nömrə nişanlı sərnişin avtobusu toqquşub.

Nəticədə ağır xəsarət almış şəxslərdən 57 yaşlı kişi ölüb. Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

***
Daxili İşlər Nazirliyi Bakıda sərnişin avtobusunun iştirakı ilə baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb. Unikal.org nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 17-də saat 20 radələrində Sabunçu qəsəbəsində Bakı şəhər sakini Ərşad Həsənov idarə etdiyi "VAZ-21015 markalı avtomobili Şuşa şəhər sakini Aqil Əmiraslanovun yolun kənarında saxladığı "Daewoo markalı xətt avtobusuna vurub. Nəticədə Ə.Həsənov və sərnişini, paytaxt sakini İlham Ədilov xəstəxanaya yerləşdirilib. İ.Ədilov orada ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.