Şəkidə əlində silah açılan gənc oğlan yaralanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki şəhəri birinci rayon, Haqverdiyev küçəsi, ev 95 ünvanında baş verib.

Şəki şəhər sakini 1994-cü il təvəllüdlü Həmidov Həsən Gündüz oğlu bədəninin müxtəlif nayihələrindən aldığı xəsarətlərlə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan "Reporta verilən məlumata görə, yaralı daxil olan zaman vəziyyəti orta-ağır olub: "Həsən Həmidovun sol əlinin arxa səthinin və ayağın bazu sümüyünün üçdə birinin didilmiş-cılrılmış yaraları var. Yaralı hazırda əməliyyat olunur.

H.Həmidov həkimlərə bildirib ki, hadisə evində silahla ehtiyatsız davranması nəticəsində baş verib.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən bildirilib ki, polis əməkdaşları hazırda hadisə yerində araşdırmalar aparırlar.