Səhər saatlarında Bakıda yanğın faktı qeydə alınıb.

Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Yasamal rayonunda 16 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yaşayan, vətəndaşa məxsus ümumi sahəsi 96 kvadrat metr olan 2 otaqlı mənzilin hamamının yanar konstruksiyaları 3 kvadrat metr  sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.