Sentyabrın əvvəllərində cənub bölgəsinə yağan yağışlar mövcud sürüşmə və uçqun sahələrində aktivləşməyə səbəb olub.

Unikal.org  bildirir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

O bildirib ki, Astara rayonunda, Lənkəran-Lerik yolunun 17-19-cu, 27-29-cu, 45-47-ci kilometrliklərində monitorinq işləri aparılıb: "Yağıntılar cənub bölgəsində uçqun prosesinin əmələ gəlməsinə, mövcud sürüşmə sahələrində aktivləşməyə və bəzi sahələrdə yarğanların genişlənməsinə səbəb olub".
Partiya rəisi qeyd edib ki, cənub bölgəsində kiçik sahələrdə yeni sürüşmə sahələri əmələ gəlib.