Ağdamda 6 yaşlı məktəblini maşın vurub.

Unikal.org-un APA-ya istinadən xəbərinə görə, hadisə Quzanlı qəsəbəsində baş verib. 1991-ci il təvəllüdlü Elgün Təhməzlinin idarə etdiyi "VAZ 2106 markalı, 02 BN 358 dövlət nömrə nişanlı maşınla 6 yaşlı məktəbli Məmmədova Zəhra Mayis qızını vurduqdan sonra avtomobili daş hasara çırpıb.

Xəsarət alan azyaşlı və sürücü Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaxınlarının verdiyi xəbərə görə, xəsarət alan qızın vəziyyəti orta-ağırdır.

Hadisə yerinə gələn polis əməkdaşlarının araşdırması zamanı məlum olub ki, E. Təhməzlinin idarə etdiyi maşın onun dayısı Vüqar Allahverdiyevə məxsusdur.
Faktla bağlı araşdırma davam edir.