ABŞ ordusunun aviazərbələri nəticəsində 8 əfqan polisi həlak olub.

Unikal.org xəbər verir ki, bu barədə informasiyanı Əfqanıstan polisi yayıb. Hadisə Uruzqan vilayətində baş verib. Əfqanıstan polisi hadisə ilə bağlı araşdırmaya başlayacağını bəyan edib.

ABŞ ordusunun Əfqanıstandakı komandanlığı isə Uruzqana zərbə endirildiyini təsdiqləyib. Amerikalılar bu zərbənin polislərə təhdid yaradan qüvvələrə endirildiyini bildiriblər.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ ordusunun Suriyadakı bombardmanı zamanı İŞİD-lə döyüşən Əsəd qüvvələrinə aid 62 hərbçi həlak olmuşdu. Vaşinqton bombardmanın "səhvən baş verdiyini açıqlamışdı.