Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra ümumilikdə 27715 müəllim işindən uzaqlaşdırılıb.

Onların fəaliyyətinə xitam verilib.

Unikal.org "Habertürk"ə istinadən xəbər verir ki, bu haqda Türkiyə baş nazirinin müavini Nuraddin Canikli jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, FETÖ ilə əlaqədə şübhəli sayılan daha 9 464 müəllim vəzifəsindən kənarlaşdırılıb, 455 müəllim isə araşdırmalardan sonra işinə qaytarılıb.