Şabran rayonunda yanğın olub.

Unikal.org verdiyi məlumata görə, hadisə nəticəsində rayon sakini, 1947-ci il təvəllüdlü Qasımov Nadir Feyzulla oğluna məxsus, ümumi sahəsi 100 kv. m olan evin 33 kv.m yanıb.

Yanğın nəticəsində ev sahibinin nəvəsi, 2002-ci il təvəllüdlü Qasımov Yusif Namiq oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti stabildir.

Yanğının səbəbləri araşdırılır.