Aktrisa Nahidə Orucovanın şad gününə vay düşüb.

Unikal.org Publika.az-a istinadən xəbər verir ki, aktirisanın bu dəqiqələrdə Bakıdakı restoranlardan birində keçirdiyi ad günündə məşhur rejissor Ələkbər Kazımovski dünyasını dəyişib.

Məclis başlamamış, bir neçə dəqiqə əvvəl masa arxasında əyləşən rejissorun halı pisləşib və keçinib. Təcili yardım briqadası gəlsə də, onun ölümünü təsdiqləməkdən başqa çarəsi qalmayıb.

Ə.Kazımovski uzun müddət AzTv-də çalışıb. Qeyd edək ki, Ə. Kazımovski "Tənha durna uçuşu, "Sonuncu məhəbbət, "Şirin bülbül və s. telefilmlərin rejissoru idi. O, uzun illər AzTV-də çalışıb.Son zamanlar isə ANS telekanalında işləyirdi.

O, məşhur rejissor Rauf Kazımovskinin oğlu idi.

Allah rəhmət eləsin!