Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətinə rəis təyinatı olub.

Unikal.org xəbər verir ki, Ali Məclisin Sədri Vasif Talibovun sərəncamı ilə bu vəzifə NMR ədliyyə nazirinin müavini Tofiq Etibar oğlu Həsənova həvalə olunub.

Qərar Muxtar Respublika Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndi rəhbər tutularaq qəbul olunub.