İki İtaliya vətəndaşı oğurlanıb. 

Unikal.org xəbər verir ki, hadisə Liviyada baş verib.

Bu barədə Liviya respublikanın Xarici İşlər Nazirliyinin nümayəndələrinə istinadən ANSA agentliyi məlumat yayıb.

Məlumatda bildirlir ki, xarici siyasət idarəsi hadisəni aydınlaşdırmaq üçün artıq bütün kanallarını işə salıb, araşdırmalara başlanılıb.

Oğurlanan şəxslər ölkənin cənubunda fəaliyyət göstərən "Mondovi" şirkətinin əməkdaşlarıdırlar.

Həmin iki şəxsdən başqa bir İtaliya əsilli kanadalı da oğurlanıb. Hadisəni törədənlərin kim ola biləcəyi ilə bağlı hələ ki məlumat yoxdur.