Qurban bayramında İtaliyada qeyd edən Türkiyənin tanınmış müğənnisi Demet Akalın, alış-verişdə bir evin pulunu xərclədiyini deyib.

Unikal.org xəbər verir ki, bir verilişdə açıqlama verən müğənni İtaliyaya 2 çamadanla getdiyini, lakin 9 çamadanla qayıtdığını deyib:

"Ayaqqabı, çanta və geyimə verdiyim pulla İstanbulda 4 otaqlı ev ala bilərdim. Bir evin pulunu xərcləyib qayıtdım".

Xəyalındakı evdən də danışan Demet Akalın, qiyməti 2,6 milyon dollar olan həmin evi həyat yoldaşı Okanla şərik alacağını söyləyib:

"7-9 evim var. Pullarımı evə və brilyanta yatırıram. Çünki buradan yaxşı pul qazanıram".