London Avropanın maliyyə mərkəzi olması statusunu itirməklə üz-üzədir.

Unikal.org bildirir ki, bunu "Qardian" qəzetinə müsahibəsində Almaniya Mərkəzi Bankının rəhbəri Yens Vaydman söyləyib. Onun sözlərinə görə, Britaniya AB-dən çıxacağı halda Birlik ərazisində azad hərəkət imkanından məhrum olacaq.
O, Avropanın yeni maliyyə mərkəzinin Frankfurt Mayna şəhərinin ola biləcəyini söyləyib.