Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sammitində iştirak etmək üçün yola düşən, lakin qəflətən ürəyində problem yaranan Qırğızıstan prezidenti Almazbek Atambayevin xəstəxana görüntüləri yayılıb.

Unikal.org bildirir ki, Atatürk hava limanında vəziyyəti pisləşdiyi üçün aeroportun otelində 4 saat dincələn dövlət başçısı həkim müayinəsindən keçib. Dünən gecə isə oteldən çıxarılan Atambayev özəl təyyarə ilə Ege bölgəsinə aparılıb.

Nyu-York səfərini təxirə salan və qısamüddətli məzuniyyət götürən prezident müalicəsini Türkiyədə davam etdirəcək.

Əlaqə üçün E-mail: [email protected]