Son bir ildə Nardaran sakinlərinin təhvil verdiyi silah-sursatın siyahısı açıqlanıb.

Daxili işlər orqanlarından unikal.org-a verilən məlumata görə, qəsəbədə cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini sahəsində də diqqətəlayiq işlər görülür. 

Cari ilin ötən dövründə Nardaran sakinləri tərəfindən könüllü olaraq xeyli sayda silah-sursat, o cümlədən 3 ədəd avtomat, 4 tapança, 27 tüfəng, 4 əl qumbarası, 652 ədəd müxtəlif çaplı patron, həmçinin 6 "Molotov" kokteyli, 2 qumbara alışqanı, 5 sandıqça təhvil verilib və bu yöndə məqsədyönlü fəaliyyət davam etdirilir.

Qeyd olunub ki, hazırda paytaxtın Nardaran qəsəbəsində abadlıq-quruculuq işləri, sakinlərin sosial-məişət problemlərinin həlli, yeni iş yerlərinin açılması və infrastrukturun yaradılması istiqamətində zəruri tədbirlər uğurla həyata keçirilir.