20 Oktyabr 2019
19 Oktyabr 2019
Mikayıl Cabbarovdan qalmaqallı test açıqlaması - Video
Mikayıl Cabbarovdan qalmaqallı test açıqlaması - Video VİDEO 11:12 2016-02-22

Dünən Təhsil naziri Mikayıl Cabbarov “Hesabat”ın qonağı olub.

Unkil.org xəbər verir ki, nazir günlərdir müzakirə olunan test sisteminin ləğv olunması məsələsinə aydınlıq gətirib.

O bildirib ki, bu gün test imtahanının forması əmək bazarında tələb olunan biliyi ölçmür və yaxud ölçmək qabiliyyətinə malik deyil: “Test imtahanları zamanı şagirdlərin nitq, ritorika, yazı vərdişləri arxa planda qalır. Düzdür, test vasitəsilə imtahanların qısa olması üstünlükdür, ancaq digər tərəfdən çatışmazlıqları var. Faktiki olaraq məzunun gələcək taleyi 3 saatlıq bir imtahanda həll olunur və o imtahan ildə bir dəfə keçirilir. Dünyada başqa qiymətləndirmə sistemləri də mövcuddur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri ilə çox maraqlı müzakirələrimiz gedir. İnanmıram ki, növbəti 2-3 ildə imtahanların forma və mahiyyətində hər hansı bir dəyişiklik olsun. Ancaq ondan sonra imtahanların formasında müəyyən dəyişikliklər ediləcək. Yeni tədris məzmunu ilə oxuyan şagirdlər 3 il sonra məktəbi bitirirlər və onların bilikləri testlə ölçülə bilməz”.