Çinin "Weibo sosial şəbəkəsinin ulduzu, iş adamı Van Sikonqa "Koko ləqəbli itinə 8 ədəd "iPhone 7 smartfonu hədiyyə alıb.

Unikal.org xəbər verir ki, itin sahibi "Çinin əmlak kralının oğludur.

Kokonun hədiyyələri ilə birgə ilk fotosu sosial şəbəkədə sentyabrın 16-ı, yəni "Apple modelinin ilk dəfə satışa çıxarıldığı gün paylaşılıb. Paylaşım qısa zamanda minlərlə şərh və "like toplayıb. Bəzi sosial şəbəkə istifadəçiləri bu itdən dəfələrlə pis yaşadıqlarını bildiriblər.

Qeyd edək ki, bu, Sikonqun öz itinə etdiyi ilk bahalı hədiyyə deyil. 2015-ci ildə o, "Kokoya hər biri 12 min ABŞ dolları olan bir neçə qızıl "Apple saatı bağışlayıb.

27 yaşlı Van Sikonq Çinin gənc iş adamlarındandır. Onun atası Van Çzyanlin 2015-ci ildə 24,2 milyard dollarlıq sərvətlə "Forbes jurnalında çinli milyarderlərin reytinqinə başçılıq edib