ABŞ-ın komediya janrının məşhur aktyoru Cim Kerriyə məhkəmə açılıb.

Unikal.org-un xarici mətbuata istinadən məlumatına görə, buna səbəb onun keçən il yüksək dozalı narkotik maddədən ölən sevgilisi Katriona Vaytaya reseptli dərmanlar alması iddiasıdır.

Vaytın keçmiş əri Mark Burton Kerriyi reseptli dərmanları qeyri-qanuni almaq üçün "sərvətini və şöhrətini" istifadə etməkdə günahlandırıb. Los-Anceles Ali Məhkəməsində açılan şikayət ərizəsində 54 yaşlı aktyorun dərmanları "Artur Kinq" adıyla aldığı iddia edilib. C.Kerri bu barədə açıqlama verməyib.

Qeyd edək ki, keçən il yüksək dozadan dünyasını dəyişən Katriona Vaytaya reseptli dərmanlar aldığı sübut olunmuşdu. O zaman mediada Kerri və Vaytın tez-tez küsüb barışıdığı deyilirdi. Cütlük gənc qızın ölümündən bir neçə gün əvvəl ayrılıbmış.
Картинки по запросу cim kerri katriona vayt
Картинки по запросу cim kerri katriona vayt