Xalq artisti Rafael Dadaşov müğənni qızı Səidə Dadaşova ilə kamera qarşısına keçib.

Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, aktyor "ATV maqazin onlarla verilişinə açıqlamasında özünə "sənətkar deyənlərdən danışıb:

"Sənətkar sözünün mahiyyətini itirib, cılızlaşdırıblar. Bir-birinin üstünə elə ləqəblər qoyurlar ki, adam təəccüblənir. Gərək Yaşar Nuri, digər sənətkarlar, mən elə ləqəb götürərdik ki... Mənə ləqəbi xalq verib: Alen Delon. Mən insanların gözündən düşməmək üçün 5 ildir çimərliyə belə getmirəm. İnsanların fikrində başqa cür hörmət qazanmışam, onu poza bilmərəm".

R.Dadaşov bəstəkar-müğənni Murad Arifin S.Dadaşova haqqında dediyi "Oxuyansansa yaxşı oxu, özünü göstər. Bacarmırsansa, aparıcılar əcəb edib oxuyur. Xırda söhbətlərdi, danışan adam o deyil sözlərinə cavab verib:

"Sənətkar övladına söz deməyin. Səidə özünü sübut edən biridir. Öz sözünü demiş sənətkardır. Əgər sən bir şey yarada bilmirsənsə, kiminsə haqqında söz deyib, nəsə etməyə çalışma. Buna haqqın yoxdur".

S.Dadaşova M.Arifi biabır edib:

"Səidə Dadaşova oxuyanda Murad Arif masanın altında kanfet axtarırdı. Gedib dondurmasını yesə, daha yaxşı olar, bir az sərinləsin. Danışan kimdir? Biz danışanda hamı bilir ki, sülaləmiz sənətkarlardan ibarətdir.