"Avropa və Qərb Türiyənin bölkgədə güclü olmasında maraqlı deyil

Bu fikirləri Unikal.org-a politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Avropa Birliyi və ABŞ Türkiyəyə verdiyi vədlərə əməl etmədi: "Bunu prezident Rəcəb Tayyib Ərdoğan da açıqlamalarında dilə gətirdi. Avropa Birliyini və ABŞ-ı sərt şəkildə tənqid etdi. Avropa Birliyi miqrant axının qarşısını alacağı təqdirdə Türkiyəyə vediyi viza vədini yeriə yetirmədi. FETÖ başı Fətullah Gülənin ekstradisiyası məsələsində ABŞ rəsmi Ankaranın yanında olmadı. Türkiyə hər tərəfdən təzyiqlərlə üzləməşsinə baxmayaraq regionda imkanlarını genişləndirir.

Politoloq Qərb ölkələrinin Türkiyədə səfirliklərini bağlamasına da münasibət bildirib: "Türkiyədə Qərb ölkələri səfirliklərinin qapadılması təəssüf ki, adi hala çevrilib. Hansısa bir xırda məlumat əldə edən kimi səfirlik qapanır. Hansısa terror hucumunun keçirilməsi ilə bağlı məlumat varsa bütün hallarda səfirliklər qapalı olur. Məlum məsələdir ki, istənilənadam rahat şəkildə hansısa sifrliyə daxil ola bilməz. Belə addımların atılması Türkiyəyə qarşı aparılan bir kampaniyaya bəznəyir. Sanki Türkiyəni sıxışdırmağa çalışırlar. Bu dövlət əvvəl təkcə PKK ilə mübariə aparırdısa indi bu siyahıya iki ad da əlavə olunub.

Həsən Babayev