Xalq artisti Fidan Hacıyeva biznes fəaliyyətinə başladı.

Unikal.org publika.az-a istinadən bildirir ki, xalq artisti özəl musiqi məktəbi açıb. Yeni dərs mövsümündə fəaliyyətə başlayan məktəbdə caz, vokal, fortopiano, skripka və digər fənlər tədris olunacaq. Məktəbdə məşhur sənətçilərdən əməkdar incəsənət xadimi Cavan Zeynallı və Fidan Hacıyeva, eyni zamanda Konservatoriyanın müəllimləri dərs deyəcək.

Qeyd edək ki, həm də direktorluğunu edəcək Fidan Hacıyevanın məktəbində təhsil pulludur. Bir aylıq fərdi dərslər 240, kollektiv dərslər isə 120 manatdır.

Xəbəri xalq artisti özü də təsdiqləyib.