Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Unikal.org-un Report-a istinadən xəbərinə görə, rayonun Sarayevo və Qaçaq Nəbi küçələrinin kəsişməsində iki minik avtomobili toqquşub.

Belə ki, Qaçaq Nəbi küçəsində dönmə əməliyyatı yerinə yetirən "189" taksi xidmətinə məxsus nəqliyyat vasitəsi Sarayevo küçəsində hərəkətdə olan "Hyundai" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində taksinin sürücüsü yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.