Türkiyənin tanınmış müğənnilərindən biri Ebru Polat yenə diqqət çəkib.

Bir müddət əvvəl xüsusi bir üsulla yaddaşını sildirdiyini deyərək müzakirələrə səbəb olan müğənni Ebru Polad yenidən gündəmə gəlib.

Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, instagramda 500 mindən çox izləyicisii olan Ebru üzüyünü göstərdiyi fotosunu paylaşaraq - "Burada baxmalı olduğunuz tək detal: üzüyüm" yazıb.

Müğənni bu paylaşıma görə tənqidlərə məruz qalıb. Bundan sonra o tənqidlərin çox olduğunu görərək rəy yazmağı qadağan edib.