"Fətullahçı terror təşkilatına (FETÖ) qarşı ilk ən sərt reaksiya verən dost və qardaş Azərbaycan oldu. Bu ölkə indi təşkilatın bütün əlaqələrini bir-bir ortaya çıxarır, məktəblərini bağlayır".

Unikal.org-un məlumatına görə, bu fikirləri "Report"un Türkiyə bürosunun müxbirinə açıqlamasında Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

"Bizim bu sahədə Azərbaycan ilə çox gözəl iş birliyimiz var. Buna görə türk milləti adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirik. Azərbaycan ilə Türkiyə bir millət, iki dövlətdir", - deyə baş nazir vurğulayıb.