Xüsusi istedada sahib bəzi insanlar erkən yaşda milyonlar qazanmağı bacarıb.

Unikal.org axşam.az-a istinadən xəbər verir ki, onların arasında 8-10 yaşlı uşaqlar da var.

Bu yazıda sizə gənc yaşlarında milyoner olmuş 10 şəxs haqqında danışacağıq:

1. Con Kun

Avtomobillərə qarşı xüsusi sevgisi olan Koon, Nyu Yorkda avtomobil satışı işinə girib. Sonra "Extreme Performance Moto Sports" adında firma açaraq işi daha da genişləndirib. Kun 16 yaşında məşhurlaşaraq 40 milyon dollar mal varlığına sahib ola bilib.

Erkən yaşda milyonçu olanlar - SİYAHI/FOTOLAR

2. Karl Çörçil

Veb-dizayn işinə maraq salan Karl, 12 yaşında firmalar üçün sifarişlər yerinə yetirib. 15 yaşında 2 firma sahibi olan Karl, 19 yaşında DMC internet şirkətinin qurucusu olub. Qazandığı nailiyyətlərə görə onu "İngiltərənin Bill Qeytsi" adlandırırlar. 2020-ci ildə sərvətinin 100 milyon dollar olacağı düşünülür.

Erkən yaşda milyonçu olanlar - SİYAHI/FOTOLAR

3. Farrah Qrey

Hələ 6 yaşında olanda bədən lasyonları satan Farrah, 13 yaşında qəribə və maraqlı yemək xidməti təklif edən "Far-Out-Food" adlı firmanı qurub. Daha sonra "Wall Street"də ofis açaraq 20 milyon dollardan çox pul qazanıb.

Erkən yaşda milyonçu olanlar - SİYAHI/FOTOLAR

4. Abbey M. Flek

Abbey hələ 8 yaşında olarkən "bekon" deyilən donuz əti üçün xüsusi qab hazırlayıb. Sərt və dayanıqlı plastikdən düzəldilən bu qab mikrodalğalı sobada "bekon" bişirmək üçün ideal vasitədir. Bu icadı ilə Abbey bir televiziya verilişinə dəvət alıb və getdikcə daha çox tanınmışdı. O, hələ də bu icadından pul qazanmağa daavm edir.

Erkən yaşda milyonçu olanlar - SİYAHI/FOTOLAR

5. Maykl Furdik

Kiçik yaşlarda sayt düzəldib hərracla satışa çıxaran Maykl, belə satışların birindən 1 milyon dollar qazanıb. 17 yaşında milyoner olan gənc Opra-nın verilişinə təklif aldıqdan sonra daha da tanınıb və sonralar texnologiya jurnalı satıb. Bununla da kifayətlənməyən Maykl, "TakingITGlobal.org" adlı sayt qurub və orda imkansız ailələrin uşaqlarının təhsil alması üçün təhsil proqramını istifadəyə verib.

Erkən yaşda milyonçu olanlar - SİYAHI/FOTOLAR

6. Adam Horvitz

21 yaşına keçəndə özünə milyon dollarlıq şirkət qurmağı hədəfləyən Adam, "Mobile Monopoly" adlı marketinq tətbiqi qurub. Adam daha sonra "yepText" adlı mesajlaşma saytı qurub. Artıq 20 yaşında 1 milyon dollardan çox sərvətə sahib olub.

Erkən yaşda milyonçu olanlar - SİYAHI/FOTOLAR

7. Devid və Katrin Kuk

250 min dollar kredit götürərək "myearbook.com" saytını qurublar. Katrin və Devid adlı bacı-qardaş "Facebook" sosial şəbəkəsinə oxşar, amma yalnız yeniyetmələr üçün qurduqları saytda istifadəçi sayı 400 min nəfərə çatanda milyoner olmaq yolunda ilk addımı atmış olublar. Hal-hazırda onların gəliri 100 milyon dollar təşkil edir.

Erkən yaşda milyonçu olanlar - SİYAHI/FOTOLAR

8. Culyet Brindak

Culyet 10 yaşında olarkən "Cool Girls" adında öz yaşıdlarına uyğun xəyali xarakterlər çəkərək öz istedadını ortaya çıxarıb. 16 yaşına çatanda "Miss O & Friends" saytını quraraq gəlirini 15 milyon dollara çatdıra bilib.

Erkən yaşda milyonçu olanlar - SİYAHI/FOTOLAR

9. Kameron Conson

Kiçik yaşlarında ailəsinə təşkilatçılar üçün dəvətnamə hazırlamağı təklif edib və ailəsinin dəstəyi ilə qısa zamanda öz bank hesabında minlərcə dollar toplaya bilib. Sonralar isə reklam saytı qurub və "DoubleClick", "L90", "Advertising.com" kimi saytlarla əməkdaşlıq etməyə başlayıb. O, məktəbi bitirmədən 1 milyon dollar qazana bilib.

Erkən yaşda milyonçu olanlar - SİYAHI/FOTOLAR

10. Freyzer Doherti

14 yaşında ticarətlə məşğul olmağa başlayan Doherti, nənəsinin hazırladığı cemlərin satışını həyata keçirməyə başlayıb. Daha sonra bu işini daha professional səviyyəyə daşıyan Freyzer, 2007-ci ildə artıq 180-dan çox yerdə satış etməyə başlayıb. 2009-cu ildə 1,2 milyon dollara sahib olmağı bacarıb.