Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

Unikal.org-un məlumatına görə, Qaradağ rayonu ərazisində, Sahil-Tağıyev yolunun 9-cu kilometrliyində "QAZ 2110" markalı minik avtomobili 29 yaşlı kişini vurub. Ağır xəsarət alan piyada hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.