"Azərişıq Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu birgə yazı müsabiqəsi elan edib.

"Azərişıqdan Unikal.org-a daxil olan xəbərə görə, müsabiqənin məqsədi Azərbaycanda elektrik enerjisi təsərrüfatının inkişafı, infrastrukturun yenidən qurulması, əhalinin keyfiyyətli və fasiləsiz enerji ilə təminatı sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaq. Müsabiqənin mövzusu "İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlərdir.

Müsabiqədə ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz çalışan şəxslər iştirak edə bilərlər.

Yazıların qəbulu 20 sentyabr 2016-cı il tarixdə başlayır, 14 oktyabr 2016-cı il tarixdə başa çatır.

Müsabiqədə I yerin qalibinə 1000 manat, II yerin qalibinə 800 manat, III yerin qalibinə 600 manat mükafat nəzərdə tutulub. Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafat (200 AZN) veriləcək.