20 Oktyabr 2019
19 Oktyabr 2019
Yaxın 5 il üçün rahat su təminatımız var? - Əhməd Əhmədzadə danışır
Yaxın 5 il üçün rahat su təminatımız var? - Əhməd Əhmədzadə danışır VİDEO 12:19 2016-02-22

“Meliarasiya və su təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin qonağı olub. Verilişdə Azərbaycanın su təsərrüfatının gələcəyindən və indiyə kimi görülmüş işlərdən danışılıb. 

- Əhməd müəllim, biz bu gün əlimizi ürəyimizin üstünə qoyub rahat nəfəs ala bilərikmi ki, bizim yaxın 5 il üçün rahat su təminatımız var?! Bütün ölkə ərazisində.

- Azərbaycanda su ehtiyatları suyun bol olduğu illərdə, yəni  yaxşı vəziyyətdə, 31-32 milyard kubmetr arasındadır. Lakin quraqlıq olan vaxtlarda, yağıntı az olanda bu rəqəm 24 milyarda yaxın düşür. Onun 21,9 milyardını su anbarları həcmlərimizin vasitəsi ilə nizamlaya bilirik.

Mingəçevir 15,7 milyard, Şəmkir 3,5 milyard, Araz 1 milyard 250 kubmetr tutumu olan su anbarlarıdır. Hazırda əsas məqsəd odur ki, Azərbaycanda suyun nizamlanması üçün olan imkanlardan istifadə olunması yaxşılaşdırılsın. Dövrü qabaqlamaq üçün Azərbaycan Respublikası prezidentinin tapşırığı ilə 2007-ci ildə “Taxtakörpü” su anbarının tikintisi , Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin icrasına başlanıldı. 2013- ci ildə bu anbar istifadəyə verildi. Bu 268 milyon kubmetr su tutan anbar Şimal zonası üçün, Bakı, Sumqayıt şəhərlərinin su təchizatının yaxşılaşdırılması üçün strateji əhəmiyyətli obyektdir.

Ə. Əhmədzadə ilə müsahibənin davamına video materialda baxa bilərsiniz: