Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə gömrük postunda Naxçıvandan İran ərazisindən tranzit keçməklə Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilinə gömrük baxışı keçirilib.

Gömrük Komitəsinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, baxış zamanı "Mersedes Benz Axor markalı həmin avtomobilə baxış zamanı kabinənin yataq yerindəki döşəyin altından və kabinənin arxa hissəsindəki hava filtrinin borusunun içərisindən cəmi 14.000 ədəd "Kentnanotek 2.0 markalı siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.