Novxanıda naməlum əşyanın partlaması nəticəsində azyaşlı xəsarət alıb

Unikal.org-un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə ötən gün Abşeron rayonunun Novxanı bağlar yaşayış sahəsində baş verib.

Belə ki, adıçəkilən ərazidə yaşayan azyaşlı Zöhrab Qurbanovun məişət tullantıları sahəsindən tapdığı naməlum əşyanın partlaması nəticəsində əlinin iki barmağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.