26 yaşlı gənc ana Səhiyiyə Nazirliyi önündə təkbaşına aksiya keçirib.

Unikal.org bildirir ki, Həmzəyeva Nahidə 20 sentyabr 2016-cı il tarixdə Səhiyyə Nazirliyinin qarşısında uzun müddət nazirliyin səlahiyyətli şəxsləri ilə görüş tələb edib.  Lakin onun problemini dinləyən tapılmayıb. N. Həmzəyeva anidən nazirliyinin həyətinə daxil ola bilib. Lakin onun binaya daxil olmasının qarşısı təhlükəsizlik xidmətinin əməkdaşı tərəfindən kobudluqla alınıb. 26 yaşlı xanımın halı pisləşib və əraziyə təcili tibbi yardım çağrılıb. 

Baş verən hadiəsləri anbaan lentə alınıb. Unikal.org görüntüləri olduğu kimi təqdim edir: