Unikal.org primetime.az-istinadən  xəbər verir ki, ötən gün Xəzər TV-nin reytinqli verilişlərindən olan "5 də 5"in qonağı xalq artisti Brilliant Dadaşova olub.

Xüsusi qurğu vasitəsilə səhnəyə gələn tanınmış aparıcı Zaur Kamal əlində gül çələngi ilə Brilliant xanımın ad gününü təbrik edib. Söhbətlər, etiraflar, rəqslər, canlı və yeni ifalar verilişi daha da maraqlı edib. 

Baxımlı proqramın sürpriz qonağı isə Brilliant xanımla arasında bir müddətdir soyuqluq olduğu deyilən xalq artisti Ağadadaş Ağayev olub. Onların veriliş boyu səmimi münasibətləri diqqət çəkib. Daha sonra Zaur Kamalın kiçik oğlu çəkiliş meydançasına gəlib və Brilliant xanıma gül hədiyyə edib.