İki gün öncə Göyçayda baş vermiş kütləvi zəhərlənmənin səbəbləri açıqlanıb. 

Unikal.org-un məlumatına görə, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, Göyçayda mağarda keçirilən toyda baş vermiş zəhərlənmənin səbəblərini araşdırmaq üçün mal əti, qarışıq turşu (kələm-yerkökü), pendir, həmçinin xəstələrin qusuntu materiallarından nümunələr götürülüb. Nümunələrdə mikroorqanizmlər, bağırsaq çöpləri tapılıb: "Bu da onu göstərir ki, qidalar son dərəcədə çirklənmiş qida olub və nəticədə zəhərlənmə yaradıb".

İ.Abdullayev qeyd edib ki, sentyabrın 19-da baş vermiş kütləvi zəhərlənmə zamanı 22 nəfər zəhərlənib. Onlardan 12-si uşaq olub.