“Neftçi”nin futbolçuları paraqvaylı Erik Ramos və braziliyalı Aylton Silva Topaz Premyer Liqasının cari mövsümündə antirekorda şərik olublar.

Unikal.org xəbər verir ki, Apasport.az saytının məlumatına görə, buna səbəb onların XXII turun “Qarabağ”la oyununda xəbərdarlıq almalarıdır.

Hər iki futbolçu mövsümdə 10-cu dəfə sarı vərəqə alıb. Bununla da “Neftçi”nin cənubi amerikalıları “Sumqayıt”ın üzvü Emin Mehdiyevə çatıblar. Çempionatın arxada qalan 22 turunda daha çox sarı vərəqə alan olmayıb.

Hərəyə 10 xəbərdarlıq alan “üçlük”dən ikisi – Eminlə Aylton qırmızı vərəqə də alıb. Onların hərəsi iki dəfə meydandan qovulub. Bu futbolçular 6 matçı sarı vərəqə ilə başa vurubsa, daha iki görüşün hərəsində 2 xəbərdarlıqdan sonra meydanı tərk edib. Ramos isə 10 fərqli qarşılaşmada cəzalanıb.