Unikal.org-un  məlumatına görə, ARB TV-nin "Gəlin danışaq" verilişində qonaq olan əməkdar artist Aybəniz Haşımova  cəbhədə həlak olan həyat yoldaşı Xaliddən bəhs edib:

"Övlad olan yerdə sevmək ikinci planda qalır. Övlad varsa, sevmək boş şeydir. Mən həmişə deyirəm ki, oğlanı və yaxud da qızı fərq olaraq yox, qurduğun ailəni bütünlüklə sevməlisən. 22 yaşımda ailə qurmuşam. Cəmi 1 il 6 ay yoldaşımla birgə olduq. Daha sonra müharibə başladı. Müharibə başlayandan gecə-gündüz yoldaşımın məqsədi orduya getmək idi. Əvvəllər kömək edirdi orduya - silah, patron və qida məhsulları alıb aparırdı. Amma sonradan fikirləri çevrildi və döyüşə gedəcəyini bildirdi. Nə qədər elədik fikrindən daşındıra bilmədik. Arada bir evə gəlib-gedirdi. Mən də elə bilirdim mənim üçün gəlir. Sonradan bildim ki, maşın-maşın meyit gətirirlər. Ağdərədə saysız-hesabsız əsgər şəhid oldu. Çox qorxurdum ki, yoldaşıma nəsə olar. Oldu da... Günlərlə uşağımdan xəbərim olmayıb. Məni iynə vurub yatızdırıblar. Özümə yer tapa bilmirdim. Yoldaşımın paltarlarını evdən apara bilmirdilər, qoymurdum. Hamı dağılışandan sonra onun paltarlarını götürüb onlarla danışırdım. Çox pis hislərdir. Bilirsən ki, bunları geyinən bir daha geri qayıtmayacaq. Kaş ki, o, məndən boşanardı. Mən onun dərdini belə çəkməzdim, ağrısını bu qədər yaşamazdım. Mənim sinəmi yarsanız, onun adı ilə nə qədər yara olduğunun şahidi olarsınız. Mən fəxr edirəm ki, mənim belə yoldaşım olub. O, ərazi bütövlüyümüzün qorunması naminə canından keçib. Onu daima qəlbimdə yaşadacam. Onun qanı yerdə qalmayacaq. İnanıram ki, torpaqlarımız geri qayıdacaq. Şəhidlər ölmür. Qızım Aynişan atasına çox oxşayır. Avtomobili sürərkən onun əllərinə diqqət edirəm, sanki atasının əlləridir".

Картинки по запросу aybəniz haşımova
Картинки по запросу aybəniz haşımova
Картинки по запросу aybəniz haşımova
Картинки по запросу aybəniz haşımova yoldasi xalid
Картинки по запросу aybəniz haşımova yoldasi xalid