Müğənni Şəbnəm Tovuzlu ailə həyatı qurub.

Unikal.org AzNews.az-a istinadən məlumatına görə, müğənni özü bu haqda məlumat verib. O, ailə qurduğu şəxsin yaxın qohumu olduğunu dilə gətirib: "5 il müddətinə bir yerdə yaşadığım kişidən ayrılmışam. Bizim rəsmi nikahımız yox idi. Lakin artıq rəsmi nikahdayam. Öz qohumumla ailə qurmuşam. Hamilə olduğumla bağlı məlumatlar yayılıb. Lakin doğru deyil. Ana olmamışdan əvvəl ilk olaraq toy şəkillərimi yayacağam. Toy məclisimiz 60-70 nəfərlik olub. Heç bir sənət adamını çağırmamışdı. Öz ailə üzvlərimiz idi.

Məlumat üçün bildirək ki, mətbuatda Şəbnəm Tovuzlunun iş adamından hamilə olması ilə bağlı məlumatlar yayılıb. Müğənni isə saytımıza açıqlamasında xəbərləri təkzib edib və ondan ayrıldığını deyib.

"Mən bütün günü efirlərdə və tədbirlərdəyəm. Hamı məni görür. Necə hamiləyəm ki, onu görən, bilən yoxdur? Elə bir şey olsa sevinərəm, Allaha şükür "bic doğmuram ki... Ana olmaq böyük duyğudur, təbii ki, hamilə olsam açıqlayacağam. Onu da deyim ki, ana olmaq fikrim var.