Prezident İlham Əliyev İlham Zəkiyevi fəxri diplomla təltif etməsi haqqında sərəncam imzalayıb. 

Unikal.org xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan idmanının inkişafındakı xidmətlərə görə İlham Əzizağa oğlu Zəkiyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilsin".

Xatırladaq ki, "Rio-2016 Paralimpiya Oyunlarında milli komandamızın bayraqdarı, cüdoçumuz İlham Zəkiyev (+100) bürünc mükafat uğrunda həlledici görüşə çıxıb. Təsəlliverici qarşılaşmada britaniyalı Hodgson Jacki məğlub edən idmançımızın rəqibi kubalı Jimenez Yangalini olub. O,bürünc mükafat uğrunda həlledici görüşdə Jimenez Yangaliniyə uduzub.
Səhəti ilə bağlı məğlub olan idmançımızı bu gün prezident İlham Əliyev onu mükafatlandırıb.