Türkiyəli müğənni Bülent Ersoy “Nossa Costa”da konsert proqramı ilə çıxış edib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni bu konsertdə də zarafatlarından geri qalmayıb. Bülent ona yaxınlaşan pərəstişkarına atmaca atıb. İfaçı ona yaxınlaşmaya qorxduğunu bildirib: “Yanına gələcəm, amma çox qorxuram. Qorxuram ki, başıma bir iş gələr. Bilirsiz, hələ də bakirəyəm...” Qeyd edək ki, ifaçı bir müddət əvvəl Bülent evlənməsi barədə yayılan xəbərlərə münasibət bildirmişdi: “Mən hamiləyəm. Hamiləlik xəbərim nə qədər doğrudursa, evlənmək xəbərim də bir o qədər gerçəkdir. Evlilik dəftərini bağlamışam. Türkiyədə məni cəzb edəcək yaraşıqlı kişi yoxdur”.(“Qafqazinfo” )