Yunanıstanda ölkənin Hərbi-Hava Qüvvələrinin "Apache" hərbi vertolyotu SARISA-2016 hərbi təlimlərində uçuşu zamanı qəzaya uğrayıb.

Unikal.org ANA-MPA-ya istinadən bildirir ki, insident Saloniki şəhərində, yerli vaxtla 09 radələrində Orfanos körfəzində yaşanıb.

Vertolyotun hər iki pilotu sağdır.

Protothema qəzetinin verdiyi məlumata görə, pilotlar 424-cü hospitala aparılıblar.

Hərbi vertolyot dənizə düşdü - VİDEO - FOTO