Bakıda mənzildən küllü miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

Unikal.org “Report”a istinadən verdiyi xəbərə görə, hadisə Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Stroy detal küçəsi 6 B-də qeydə alınıb.

Mənzildə yaşayan 1980-ci il təvəllüdlü Samirə Nəsirova polisə müraciət edərək evindən oğurluq edilməsi barədə məlumat verib.

S.Nəsirova polisə bildirib ki, əvvəllər evində kirayəşin yaşamış Fiyat və arvadı Şərəfnisə adlı şəxslər ehtiyat açardan istifadə etməklə onun evindən 48 min manat, qızıl-zinət və məişət əşyaları oğurlayıblar.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsində (PB) araşdırma aparılır.