"Azəravtoyol" ASC Salyan rayonunda Kür çayı üzərində yeni körpünün görüntülərini yayıb.

Qurumdan Unikal.org-a daxil olan məlumata görə, 5 aşırımdan ibarət körpünün uzunluğu 362.9 metr, eni isə 29.8 metrdir. Körpü suyun səviyyəsindən 15 metr hündürlükdə inşa edilib. Körpü 9 ballıq seysimik təsir, A 15 və NK-100 müvəqqəti yuk təsirinə hesablanıb.

Körpünü unikal edən cəhətlər:

1. Körpünün eninin böyüklüyünə görə, Azərbaycanda ilk dəfə olaraq eninə gərginləşdirmə aparılmaqla konsollardan istifadə edilib.

2. Körpü layihəsi öz konstruktiv həllinə görə xüsusi konstruksiyalar qrupuna daxildir.