Müğənni Ülvi Qılınc ilginc açıqlama verib.

Unikal.org-ın məlumatına görə, sənətçi “ATV maqazin onlarla” verilişində başına gələn hadisədən söz açıb:

“Gecə saat 4-də gəzməyə çıxmışdım. Qapqara, tüklü, yekəpər heyvan gördüm. Bu “Qar adam” idi. Üzbəüz gəldik, gözlərini gördüm, nitqim tutuldu”.

Ü.Qılınc gecələr qəbirstanlıqda gəzdiyini etiraf edib:

“Qəbirstanlığın erengetikası başqasından rahatdır. Mən orada olanda rahatlıq tapıram”.