Unikal.org lent.az-a istinadən xəbər verir ki, sualları cavablandıran xalq artisti Səməd Səmədov deyib.

O bildirib ki, oğlunun bir zaman ifaçı olması istəyinə qarşı çıxıb: "Oğlum gəlib mənə dedi ki, "müğənni olmaq istəyirəm". Bu zaman isə mən onun qarşısına Elton Hüseynəliyev, Elnur Məmmədov, Ayaz Qasımov, Zamiq Hüseynov kimi müğənnilərin disklərini atdım. Dedim ki, bunlarla mübarizə aparacaqsansa, müğənni ol. Bu müğənnilər nəinki yeni çıxan müğənniləri, hətta məni məhv edə bilərlər.

O vaxtı Abbas Bağırov, Ramal İsrafilov, Rəhim Rəhimli yox idi. İndi, maşallah, şou-biznes güclənib. Söylədim ki, oğlum, çıx aradan, şou-biznesə qatılma. Şükür edirəm ki, oğlum müğənni olmadı. İndi mənə deyir, ata, nə yaxşı sən mənə vaxtında bu sözü dedin, mənim işim və ailəm var".