Müğənni Şəbnəm Əsədovanın 3 aylıq hamilə olduğu haqda xəbər yayılıb.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, müğənninin Rafiq adlı şəxsdən hamilə olduğu və onların vətəndaş nikahında yaşadığını qeyd edib.

İş adamı olan şəxs ətrafında Hacı Rafiq kimi tanınır. Onun metronun "Memar Əcəmi stansiyası yaxınlığında obyektləri var. Hacı Rafiqin Bakının bir neçə yerində geyim mağazalarının olduğu da söylənilir. Deyilənə görə, o, Şəbnəmlə xeyli müddət öncə tanış olub. Hacı Rafiq müğənni sevgilisi üçün 3-cü mikrorayon dairəsinin yaxınlığında dəbdəbəli ev alıb. Hazırda Şəbnəmlə o evdə yaşayırlar.

Mənbə bildirir ki, Hacı Rafiq ailəlidir, 3 övlad atasıdır. Onun təxminən 45 yaşının olduğu deyilir. Rafiq əslən Füzulidəndir. Füzuli rayonu işğal edildikdən sonra, ailəsi ilə birlikdə Beyləqan rayonunda məskunlaşıb. Özünün isə Xırdalan qəsəbəsində yaşadığı deyilir.