Müğənni Xatirə İslam deputat Fazil Mustafayevin müğənnilərlə bağlı dediyi tənqidi fikirlərə cavab verib.

Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, sənətçi bildirib ki, hər şeydə müğənnilərin üstünə düşülməsi onu özündən çıxarıb:

"Bir şeyi başa düşmürəm, dünyada və eləcə də bizim ölkəmizdə baş verən hadisələri, problemləri yaradan yalnız müğənnilərdir? Müğənniləri niyə bu qədər alçatmaq, sındırmaq istəyirsiniz? Onların normal yaşaması sizi niyə qıcıqlandırır?

Axı müğənnilər də ailə, ata, ana, bacı, qardaş saxlayır, qazandığını tək yemir. Yüzlərlə ailələrə kömək edir, uşaq evlərinə baş çəkir, yas mərasimi verə bilməyən insanların ehsanını verir. Müğənni adi insan olsa, bunları edə bilərmi?

Dollar, ərzaq qalxanda da düşdünüz müğənnilərin üstünə. Elə bilirlər ki, müğənnilər edir. Dünyanın hər yerində çətinlik ola bilər. Bizim də çoxlu problemlərimiz var. Bu sözü şəxsən, çəkinmədən yazıram: adi, sadə ailə məndən yaxşı yaşayır. Allah hər kəsə bir yol ilə dolanışıq verir. Sizə deputat adını verib, bizə müğənni. Siz pul qazanmırsınız? Yoxsa kirayədə yaşayırsınız? Sadəcə fərq ondadır ki, biz alın təri ilə qazanırıq, amma sizin bəziləriniz zəhmət çəkmədən kabitenizdə. Əlbəttə ki, bu sözlər deputatların hamısına aid deyil.

İşi gücü olmayıb, gündəmə şou-bizneslə gəlmək istəyənlərə aiddir. Gedin ölkədəki problemləri həll edin, sizin boş-boş işlərlə pul qazanan, gündəmə gələn vaxtınız deyil. Sizi belə təsəvvür etməzdim, ay deputat qardaş. Bizdə birlik olsaydı, sizin kimi insanlar bizə bata bilməzdilər. Yenə də sağ olun, var olun.

Qeyd edək ki, F.Mustafa müğənnilərin ölkədən göndərilməsini və bura buraxılmamasını bildirib.