40 manat müqabilində bacanağına silah verən Gəncə sakini həm özünü, həm də qohumunu işə saldı. Qanunsuz odlu silah saxlayan hər iki şəxs polislərin keçirdiyi əməliyyat tədbirləri ilə saxlanılaraq istintaqa təhvil verilib.

Unikal.org arb.tv-yə istinadən xəbər verir ki, Gəncədə qanunsuz odlu silah gizlədən bacanaqlar tutulublar. Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə şəhər sakinləri, 57 yaşlı Rəfael Baratpur və 52 yaşlı Fuad Baxşəliyev saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, Fuad Baxşəliyev 1990-cı ilin əvvəllərində Qarabağ uğrunda gedən döyüşlər zamanı əldə etdiyi "Makarov" tipli tapançanı, ona məxsus sandığı və 11 patronu saxlamaq üçün bacanağına verib.

Fərid Məmmədov - Gəncə Şəhər Baş Polis İdarəsinin müstəntiqi: "Rəfael Baratpurun mənzilindən aşkar edilmiş "Makarov" tipli tapançanın əlavə olaraq hər hansı bir cinayətdə istifadə olunub-olunmamasının araşdırılması üçün tərəfimdən tədbirlər davam etdirilir. Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Fuad Baxşəliyev bacanağı silahı 40 manat müqabilində girov qoyaraq ondan pul istəmiş və qeyd edilən silah və sursat Rəfael Baratpurun mənzilindən götürülüb".

Tutduqları əməllərindən peşman olan bacanaqlar gördükləri işə bu cür haqq qazandırmağa çalışıblar.

Fuad Baxşəliyev - saxlanılan şəxs: "Həmin günün dünəni qızımın toyu idi. Mən də bir az artıq içmişdim. Səhər də durdum gəldim, dedim pul ver. Dedi ki, pulum yoxdur. Mən də silahı verdim".

Rəfael Baratpur saxlanılan şəxs: "Fuad silahı gətirdi, dedi ki, bunu qoyum, mənə 40 manat pul verərsən. Nə vaxt gətirib qaytararam onda da verərsən. Gərək mən polisə xəbər verərdim. Vermədiyimə görə günahkaram".

İlkin istintaq zamanı məlum olub ki, Fuad Baxşəliyev daha öncə həyat yoldaşını qətlə yetirdiyi üçün məhkumluq həyatı yaşayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 228.1 - qanunsuz silah gəzdirmə maddəsi ilə cinayət işi açılıb.
Bacanaqlar silahla saxlanıldılar - "Bir az artıq içmişdim" - VİDEO - FOTO
Bacanaqlar silahla saxlanıldılar - "Bir az artıq içmişdim" - VİDEO - FOTO
Bacanaqlar silahla saxlanıldılar - "Bir az artıq içmişdim" - VİDEO - FOTO
Bacanaqlar silahla saxlanıldılar - "Bir az artıq içmişdim" - VİDEO - FOTO
Bacanaqlar silahla saxlanıldılar - "Bir az artıq içmişdim" - VİDEO - FOTO