Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

"VAZ 2107" və "VAZ 2104" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ 2107"-nin sürücüsü, Samux rayon sakini, 1987-ci il təvəllüdlü Şahmar Əliyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.