Ağstafada 22 yaşlı oğlanı maşın vurub.

Unikal.org xəbər verir ki, hadisə Böyük Kəsik kəndində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Ziyadxan Vəliyev heyvanları örüşdən qaytararkən "VAZ 21011" markalı avtomobil tərəfindən vurulub.

Z. Vəliyev müxtəlif bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.